e-Sinif Portalı

Bu elektron şəbəkə müəllim, şagird və valideyn arasında əlaqənin yaradılmasına xidmət edəcək.

e-Sinif portalı nədir?

Son zamanlar sosial şəbəklər cəmiyyətdə ünsiyyət saxlamaq məqsədilə xüsusi əhəmiyyət daşımağa başlamışdır. Təhsil Nazirliyi tərəfindən təqdim olunan e-sinif.edu.az portalı da təhsil sistemində sosial şəbəkə səciyyəsi daşıyır. Bu elektron şəbəkə müəllim, şagird və valideyn arasında əlaqənin yaradılmasına xidmət edəcək.

Təhsil Nazirliyi tərəfindən təqdim olunan e-sinif.edu.az portalı da təhsil sistemində sosial şəbəkə səciyyəsi daşıyır. Bu elektron şəbəkə müəllim, şagird və valideyn arasında əlaqənin yaradılmasına xidmət edəcək.

MÜƏLLİMLƏR

Müəllimlər bu şəbəkədən istifadə etməklə özlərinin hazırladıqları qiymətləndirmə nümunələrini paylaşa bilər və şagirdlərin suallarına cavab verə bilərlər.

ŞAGİRDLƏR

Şagirdlər bu şəbəkədən istifadə etməklə sinif yoldaşları və dostları ilə əlaqə yaradacaq və müvafiq fənlər üzrə elmi müzakirə aparmaq imkanı qazanacaqlar.Onlar bir-birinə sula verməklə qarşılıqlı olaraq öyrənmə prosesinə qoşulacaqlar.

e-Sinif portalının xüsusiyyətləri

  • Dostluq
    Şagirdlər e-sinif portalında qeydiyyatdan keşçmiş şagird dostlarına dostluq təklifi göndərə bilər, maraqlı elektron dərs vəsaitləri paylaşa bilər, dostları onların paylaşdığı xəbərlərə öz rəylərini bildirə bilər və onlar da bu xəbəri öz dostlarına yayabilərlər.
  • Dostlarınızdan xəbərlər
    Şagird dostlarınız və sinif yoldaşlarınız günlük oxuduğu kitablardan, məqalələrdən xəbəriniz olacaq. Onlarla hər an ünsiyyətdə olacaq və maraqlı mövzuları müzakirə edə biləcəksiniz.
  • Bildirişlər və mesajlaşma
    Bildirişlərin köməyi ilə müəllimlərinizin, şagird dostlarınızın və sinif yoldaşlarınız ad günləri sizə xatırladılacaq onların ad günlərini və bayramlarını unutmadan təbrik edə biləcəksiniz.
  • İmtahanlar
    Müəllimlərinizin sizin üçün hazırladığı sual bankından istədiyiniz fənnlərdən və istədiyiniz növ sualları seçip özünüz üçün sınaq imtahanları hazırlaya biləcəksiniz. Öz imtahan nəticənizi dostlarınız və müəllimləriniz ilə paylaşa biləcəksiniz.
  • Tapşırıqlar
    Müəllimlər şagirdlərin biliyini və yaradıcılığına artırabiləcəyi tərzdə tapşırıqlar hazırlayıb portalda yerləşdirəcəklər. Şagirdlər bu tapşırıqları özlərinin tapdıqları həll üsulunu portalda yerləşdirəcək və dostları ilə müzakirə edə biləcəklər.
  • Elektron təhsil resursları
    Müəllimlər və şagirdlər internetdə tapdıqları əlavə təhsil resurslarını öz səhifələrində yerləşdirəcək digər şagird və müəllimlər bu resursları yükləyə biləcək. Bu resursları müzakirə edə biləcəklər.